إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Roma papasının Azərbaycana səfəri gözlənilir

Roma papası Fransiskin bu həftə 12-ci xarici səfəri müzakirə olunduğu bir vaxtda, Vatikan Administrasiyasının məlumatlı dairələrində pontifikin Qafqaza səfər etmək niyyətində olduğu haqqında yenidən danışılmağa başlanıb.

Ahlibeyt.az-ın "Report"-a istinadən verdiyi xəbərə görə,bu barədə "Novaya qazeta" məlumat yayıb.

İlkin məlumatlara görə, səfər 2016-cı ilin sentyabr ayına planlaşdırılır. Papa Azərbaycanla yanaşı Ermənistan və Gürcüstana da səfər edəcək.

Qeyd edək ki,ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma Papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin  keçirib. Buna cavab olaraq,  Ankara Vatikandakı səfirini geri çağırmışdı.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Fevral, 2016  11:43 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!