|
• Dünyadaİlk Günəş tutulması Azərbaycanda müşahidə olunmayacaqBu ilin ilk Günəş tutulması martın mart;n 8-dən - 9-na keçən gecə, Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək. Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verərək bildirib ki,cari ilin ilk Günəş tutulması hadisəsi martın 9-da baş verəcək. Tutulma Bakı vaxtilə saat 03:20 radələrindən başlayaraq, 05:57-dək davam edəcək. 2016-cı ilin Günəş tutulmasının tam fazası Yerin ekvatorial hissəsində görünəcək. Bu tutulma zamanı Ayın kölgəsi əsasən Hind və Sakit okeanların üzərindən keçərək, cənub-şərqi Asiya və Avstraliyanın şimal-şərq hissələrində görünəcək. Təbiət hadisəsi zamanı səmada “gündüz ulduzunun” ətrafında möhtəşəm mənzərə yaranacaq, Merkuri və Venera öz parlaqlığıyla xüsusi fərqlənəcək. Məlumatda qeyd olunur ki, tutulma Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bildirək ki,İslam dininin göstərişlərinə əsasən Günəş və Ay tutulması müşəhidə zolağına düşən ölkələrin müsəlman əhalisi Ayət namazı qılmalıdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Fevral, 2016 15:31 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |