|
• DünyadaƏl-Əqsa məscidi yaxınlığında fələstinli qadınlar döyülübSionist hərbçilər Əl-Əqsa məscidindən sürgün edilmiş fələstinlilərin bu məscidin girəcəklərindən birinin qarşısındakı aksiyasını yatırıblar. Ahlibeyt.az Maide.az-a istinadən məlumatına görə,sionistlər məscidin qarşısında fələstinli qadınları döyüblər. Qeyd edək ki, sionistlər son illərdə bir çox fələstinlini, xüsusən Əl-Əqsa məscidi gözətçilərini ömürlük olaraq bu məscidə daxil olmaqdan məhrum ediblər. Digər tərəfdən, "Yediot Aharonot" qəzeti yazır ki, Qüdsdə fələstinlilərə qarşı təhrikedici hərəkətlərin davamı olaraq işğal olunmuş Qüdsün polisi Əl-Əqsa məscidinin müdiri Nəcə Bəkiratini altı ay müddətinə müqəddəs məkana girişinə məhdudiyyət qoyub. Polis rəsmisi iddia edib ki, bu addımın atılması əhaliyə və onun əmlakına xəsarətin dəyməsinin qarşısını almaq üçün lazımdır. Yanvarın 31-dən başlayaq icra olunan qərara əsasən, Nəcə Bəkiratiyə Əl-Əqsa məscidinə girmək, dayanmaq və ya hətta bu məscidin həyətinin girəcəklərinə yaxınlaşmaq belə qadağan edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Fevral, 2016 11:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |