إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Çin İmperatoru Honq Vunun Həzrət Məhəmməd(s) şeiri aşkar olunub

Çində Ming Xanədanının ilk imperatoru olan Honq Vunun 14-cü əsrin sonlarında Həzrət Peyğəmbəri (s) tərifləyən bir şeir yazdığı ortaya çıxıb.
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,İmperator Honq Vu Çində 1368-1398-ci illər arasında hökmran olub. Honq Vu Yuan Xanədanına qalib gələrək ölkə rəhbərliyinə keçən Minq sülaləsinin ilk hökmdarıdır. Honq Vunun ordusunda aralarında Çen Yuchun, Lan Yu, Ding Dexing, Siz Ying, Feng Sheng və Hu Dahai kimi məşhur generalların da olduğu 10 müsəlman komandir olub.
İmperator Honq Vunun səltənəti zamanı çoxlu sayda məscid tikdirdiyi, Nanjing şəhərindəki dağıdılmış olan Jinjue məscidini də yenidən inşa etdirərək, çoxlu sayda Xoi müsəlmanının bu şəhərə daşınmasını təmin etdiyi də məlumdur. İmperatorun həyat yoldaşı imperatriça Manın da sonradan müsəlman olan bir ailədən gəldiyi tarixi iddialar arasındadır.
İmperatorun şeiri hər birində dörd söz olan 24 misradan ibarətdir.
Kainatın yaradılışından bu yana
Allah elçi göndərməyi qərarlaşdırmışdı
Bu böyük, imanlı adam
Qərb ölkələrində dünyaya gəldi
O, müqəddəs kitabı gətirdi
O kitab otuz parçaydı
Bütün aləmlər üçün rəhbəriydi
Bütün rəhbərlərin əmiriydi
Hər bir müqəddəsin başçısıydı o
Dəstək alaraq önəmli insanlardan
Ümmətini salam yoluna yönəltdi
Beş vaxt namaz ilə
Sakitlik, ümid və sülh ilə
Allaha əsaslanırdı bütün qəlbilə
Kasıblar üçün ümid oldu
Onları bəlalardan, çətinliklərdən xilas etdi
Qaranlığın üzərinə çökdüyünü görüncə
Ruhları və aləmləri işıqlandırdı
Uzaqda qaldı bütün günahlar
Sözlər kifayət etməz ona təşəkkürə
Müqəddəs yolu təqdim etdi bizə
Bütün şeytanları məğlub edib
Onun dini saf və haqdır
Məhəmməd (s) soylu və böyükdür
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2016  16:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!