|
• Mənəviyyat • MənəviyyatDuaların qəbul olmasının əsas sirlərindən birini tanıyaqDuadan öncə və sonra çoxlu salavat zikr etmək onun qəbul olma sirlərindən biridir. İslam dininin mənbələrində vacib buyurulan əməllərdən əlavə bəndənin daima əlini Allaha uzadaraq duaçı olması tövsiyə edilir. Quranın buyuruqlarına əsasən, insanın bu vəziyyətdə yəni dua halında ahu-zar etməsi kainatın xaliqinə daha xoş gəlir.
Allaha etdiyimiz duaların qəbul olması üçün bir çox sirrlər və şərtlər bizə deyilib. Onlardan bəzilərini xatırladırıq. Bəndə duasını qbəul olmasını istəyirsə təharətli, dəstəmazlı halda, məscid kimi müqəddəs yerlərdə, üzü qibləyə olmalıdır. Burada zaman amili də mühümdür. Məsələn sübh vaxtı yaxud azan zamanı edilən dua daha tez müstəcab olar.
İnsanın özünün günahlardan uzaq durması, xüsusilədə kiminsə haqqı onun boynunda varsa dərhal onu ödəməlidir yaxud halallıq almalıdır ki duası qəbul olsun. Duanın özü də insanın dünya və axirət səadəti istiqamətində ağlabatan olmalıdır. Ola bilsin bütün bu şərtlərin hamısı dua əsnasında olsun. Lakin o müstəcab olmasın. Duanın qəbul olmasının təxirə düşməsinin bizim bilmədiyimiz və hikmətli Allahın bildiyi bir səbəb də ola bilər. Misal üçün bir cütlük Allahdan övlad istəyir. Lakin uzaqgörən Allah indi bu cütlükdən dünyaya gələcək övladın cəmiyyət üçün zərərli bir ünsür olacağını bilərək, duanın müstəcab olmasını digər zamana qədər təxirə salır.
Amma dua edən üçün bu zaman daha bir sirr açılır . Məhəmməd Peyğəmbər (s) və İmam Səccaddan (ə) dua zamanı çoxlu salavatın deyilməsi tövsiyə edilir. İbni Məsud Məhəmməd peyğəmbərdən belə nəql edir ki, o həzrət buyurdu: Mənə dünyada mənə ən çox xoş gələn yer salavatın çox deyildiyi və eşidildiyi məkandır.
Digər bir hədisdə Məhəmməd peyğəmbərin meraca getməsi zamanı salavat barədə baş verən hadisədən söz açılır. Merac zamanı bir mələk peyğəmbərə yaxınlaşaraq, minlərlə il ərzində qıldığı bir namazı Məhəmməd ümmətinə bağışlamaq niyyətində olduğunu bildirir.Lakin peyğəmbər o mələyə "mənim ümmətimin salavat zikri var ki savabı onlara bəs edər" buyurur.
Mənbə İslaminsesi.org Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Yanvar, 2016 12:14 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |