إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Müsəlmanla möminin fərqi nədir?

Oxucu sual verir: Müsəlmanla möminin fərqi nədir?

Müsəlmanlıq kəlmeyi-şəhadəti dilə gətirməklə sübuta yetir. Yəni Allahın varlığını və təkliyini, Həzrət Mühəmmədin (s) peyğəmbərliyini etiraf edən adam müsəlman sayılır, onunla müsəlman kimi rəftar edilir. Yəni bu şəxsin canı, malı və namusu amandadır. Ama iman isə qəlbə bağlı olan bir haldır. Mömin o şəxsə deyilir ki, kəlmeyi-şəhadətin cümlələrinə və digər dini hökmlərə həqiqətən, səmimi qəlbdən inanır, onlara əməl edir və günahlardan çəkinir. Kimin mömin olub-olmadığını insanların təyin etməsi çətindir, bunu ən düzgün şəkildə Allah bilir.

Hədislərdə İslam dini Məkkə şəhərindəki Məscidül-hərama, iman isə Kəbə evinə bənzədilib. Kəbə evi Məscidül-həramın daxilindədir. Kim Kəbənin içinə daxil olsa, Məscidül-həramın da içində sayılar. Amma Məscidül-həramın hər hansı nöqtəsində olan şəxsin Kəbədə olduğunu deyə bilmərik. Yəni mömin şəxs mütləq mənada həm də müsəlmandır. Amma hər müsəlman mömin deyil, o, fasiq (ardıcıl günah edən) və münafiq (ikiüzlü, riyakar) da ola bilər.

Mənbə İslam.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Yanvar, 2016  12:54 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!