|
• DünyadaŞeyx Zəkzəkinin qızı taleyi məlum olmayan 730 müsəlman haqqında danışıbNigeriya İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin qızı Bədiə Zəkzəki taleyi məlum olmayan 730 şiə haqqında danışıb. Ahlibeyt.az Maide.az-a istinadla xəbər verir ki, Nigeriya şəhidlərinin Məşhəd şəhərindəki anım mərasimində çıxış edən Bədiə Zəkzəki deyib: Hadisələrdən sonra ordu yetkilisi demişdi ki, 7 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Amma bizdə şəhidlərin fotoları var. Hadisədə zərər çəkən və itkin düşənlərin sayı 3 min nəfərə çatır. Xanım B.Zəkzəki deyib ki, Şeyx Zəkzəki ilə bir nəfər görüşə bilib. Ailə üzvləri hələ də onu görə bilməyib. "Hadisədən 40 gün keçsə də ölənlərin cənazəsi ailələrinə təhvil verilməyib. Nigeriya hökuməti ölənlərin sayını gizləmək üçün belə edir. Yaralı vəziyyətdə həbsə alınanlara heç bir tibbi yardım göstərilmir. Həbsxanada qanaxmadan həlak olanlar var. Hazırda taleyi naməlum olan 730 nəfər ya həbsdədir, ya da şəhadətə çatıb." O əlavə edib ki, Ordu bizim hüseyniyyəni, evlərimizi, hətta şəhidlərimizin qəbrini dağıdıb. "Ordu o qədər vəhşiləşib ki, Şeyx Zəkzəkinin mənzilində öldürülənlərin cənazəsinə od vurub yandırıblar. Kərbəlada olduğu kimi qadın və qızların sırğalarını qulaqlarından qoparıblar..." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2016 17:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |