إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Səudiyyə Ərəbistanı şərqində Əhli-Beyt tərəfdarları üçün təlim mərkəzi açılıb

Səudiyyə Ərəbistanın şərqində Əl-Əhsa əyalətində Əhli-Beyt (ə) tərəfdarları və Quran sevənlər üçün Quran Kərim Elmləri üzrə Təhsil Mərkəzi fəaliyyətə başladı.

Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına görə,xeyriyyəçi insanların təşəbbüsü ilə fəaliyyətə başlayan Quran Kərim Elmləri üzrə Təhsil Mərkəzinin açılışında Quran qariləri və fəalları iştirak edib.
Mərkəzin açılmasından məqsəd cəmiyyətdə Quran təlimlərinə yiyələnmiş yeni nəslin yetişdirilməsidir.

Mərkəzdə Quran əzbərləmə və tilavəti üzrə dərslər keçiriləcək. Mərkəzdəki Quranın hifz dərsləri təfsirlə birgə keçiriləcək.

Mərkəzdəki Quran dəsrlərində iştirak etmək bütün şəxslər üçün azaddır.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Yanvar, 2016  08:55 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!