إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İŞİD sıralarında vuruşan daha iki Gürcüstan vətəndaşı həlak olub

«Kaxeti informasiya mərkəzi» Suriyada həlak olmuş gürcü islamçılarının tam siyahısını dərc edib. Həmin siyahıda 14 nəfərin adı var.

Ahlibeyt.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, Suriyada həlak olanlardan biri 24 yaşlı Ramzan Pareulidzedir. Kaxeti vilayətindəki Telavi universitetinin tələbəsi olmuş gənc 1 il əvvəl Suriyaya gedib. Ölüm xəbəri gələnlərdən ikincisi 22 yaşlı Muhmad Turkoşvilidir. O, əvvəllər ailəsi ilə birlikdə Türkiyədə yaşayıb.

Gürcüstan hakimiyyətinin rəsmi məlumatına görə, İŞİD sıralarında bu ölkənin 50 vətəndaşı vuruşur. Onların arasında terrorçu dəstənin liderlərindən sayılan Əbu Umar əş-Şişani ləqəbli Tarxan Batiraşvili də var.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2016  14:09 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!