|
• DünyadaBMT-də Azərbaycanın və VII Qlobal Forumun təqdimatı keçirilibBMT Baş Qərargahında Azərbaycanın və 7-ci Qlobal Forumun təqdimatı keçirilib. Ahlibeyt.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, BMT-nin Baş qərargahında BMT Sivilizasiyalar Alyansının əlaqələndiricilərinin “İnamın yaradılması: zorakı ekstremizmin qarşısının alınması istiqamətində əlaqələr” mövzusunda keçirilən iclası keçirilmişdir. İclasda BMT-yə və Sivilizasiyalar alyansının dostlaq Qrupuna daxil olan ölkələrin rəsmiləri iştirak etmişdir. 25-27 aprel 2016-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun proqramı, rəsmi internet səhifəsinin və təşkilatı məsələlərin müzakirə edilmişdir. Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abduləziz əl Nassir hazırda ekstermizimin qarşısının alınması və müxtəlif mədəniyyətlər, dinlərin təmsilçiləri arasında dialoq və sülhün möhkəmləndirilməsi üçün BMT-yə üzv olan ölkələr öz səylərini daha da artırmalı olduqlarını bildirərək, bu istiqamətdə BMT Sivilizasiyalar Alyansına dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə öz minnətdarlığını bildirmiş, habelə 7-ci Qlobal Forumun Bakıda ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini ifadə etmişdir. Tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edərək Foruma hazırlığın vəziyyəti, internet portalından istifadə qaydaları, Azərbaycanın müasir mədəniyyətlərarası proseslərdə rolu barədə çıxış edərək iştirakçılara ətraflı məlumat təqdim etmişdir. Tədbirdə Mədəniyyət və Turizm Naziri, 7-ci Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayevin video müraciəti və Azərbaycan haqqında təqdimat filmi də nümayiş etdirilmişdir. İclasda həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ili “Multikulturalizm ili” elan edilməsinin əhəmiyyəti barədə fikirlər səsləndirilmiş və qeyd edilmişdir ki, bu addım 7-ci Qlobal Forumun əhəmiyyətini daha da artırmışdır. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Yanvar, 2016 12:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |