إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Qazaxıstanda "Həzrət Əli (ə)" kitabı nəşr edildi

Qazaxıstan Elmlər Akademiyasının "Əvəzov adına ədəbiyyat və əlyazmalar institutu" Əhl-Beyt (ə) məktəbini yaymaq hədəfi ilə "Həzrət Əli" kitabını çapdan çıxıb

Ahlibeyt.az-ın iqna-ya istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının Almatadakı Mədəniyyət İşlər İdarəsi və Qazaxıstan Elmlər Akademiyasının "Əvəzov adına ədəbiyyat və əlyazmalar institutu"nun birgə əməkdaşlığı nəticəsində Əhl-Beyt (ə) məktəbini yaymaq hədəfi ilə "Həzrət Əli (ə)" kitabı çap və nəşr edildi.

Qazax dilində yazılmış bu 430 səhifəlik kitabda Qazaxıstan şairlərinin Əmirəl-möminin Həzrət İmam Əlinin (ə) mədh və tərifində yazdıqları dini və mənəvi şer və dastanları, İmam Əlinin (ə) tarixdə qalan şücaət, şəhamət və kəramətləri haqqında məlumatlar yer almışdır.

Bu kitab Qazaxıstan Elmlər Akademiyasının "Əvəzov adına ədəbiyyat və əlyazmalar institutu"nun mövcud əlyazmaları əsasında təlif olunmuş, Qazaxıstanda bu gün istifadə olunan əlifba ilə yazılmış və İran İslam Respublikasının Almatadakı Mədəniyyət İşlər İdarəsi ilə müştərək bir proqram əsasında çap və nəşr edilmişdir.

Qazaxıstanda

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Yanvar, 2016  13:03 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!