|
• DünyadaHimayədarları belə sionistlərdən beziblərFransanın "Arrest Sur İmages" qəzeti xəbər verir ki, noyabr ayının 3-də Fransanın Kann şəhərində keçirilən G-20 sammitində Fransa prezidenti Nikolya Sarkozi ABŞ prezidenti ilə söhbətdə İsrailin baş naziri Benyamin Netanyahunu yalançı adlandırıb. Qəzet bildirir ki, Sarkozi ilə Obamanın təkbətək söhbəti texniki nasazlıq səbəbindən jurnalistlər tərəfindən eşidilib. Nikolya Sarkozi Obama ilə Netanyahu barədə söhbəti zamanı deyib: "Artıq onu(Netanhyahu) görmək belə istəmirəm. O yalançıdır". Cavabında isə Barak Obama deyib: "Mənə deyirsən? Mən hər gün onunla iş görmək məcburiyyətindəyəm". Bundan başqa Obama Sarkozidən xahiş edib ki, o fələstinliləri BMT-ə üzv olunmaları müraciətini heç olmasa müvəqqəti olaraq dayandırmağa dəvət etsin. Həmçinin bildirilir ki, Obama Sarkoziyə Fransanın Fələstinin YUNESKO-ya üzv seçilməsində Fələstini dəstəkləyəcəyini ona bildirməməsindən incidiyini deyib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Noyabr, 2011 19:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |