|
• DünyadaBMT Suriyanın mühasirədə olan Maday şəhərinə ilk dəfə humanitar yardım çatdıra bilibSuriyada ucqar ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,BMT son bir neçə ay ərzində ilk dəfə artıq aclıqdan iyirmiyə yaxın nəfərin öldüyü Suriyanın Madaya şəhərinə humanitar yardım çatdıra bilib. Məlumata görə,artıq yük maşınlarının ilk karvanı şəhərə çatıb və artıq ilkin zəruri əşyaların boşaldılmasına başlanılıb. Bu humanitar yük BMT-nin bir sıra qurumları tərəfindən toplanılıb. Onlar mühasirədə qalmış şəhərə tibbi preparatlar və ləvazimatlar, qida, ədyal, tikinti materialları və gigiyena əşyaları göndərib. Bu gün BMT adından daha bir neçə yük maşını Dəməşqdən yola çıxaraq çox ağır vəziyyətin olduğu Əl-Fua və Kafra doğru yola düşüb. BMT-nin humanitar məsələlərin koordinasiya üzrə idarəsinin nümayəndəsi Yakub əl-Hill Nyu-Yorkda keçirilən brifinqdə qeyd edib ki, münaqişə tərəfləri ilə danışıqlar prosesi asan olmayıb. O bildirib ki, təchizatın şərtlərini razılaşdırmaq üçün xeyli uzun zaman lazım gəlib. Yakub əl-Hillin sözlərinə görə, Suriyada ucqar və çətin əlaqə qurulan ərazilərdə 4,5 milyon nəfər yaşayır ki, onlardan 400 mini mühasirədə olan 15 rayonun payına düşür. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Yanvar, 2016 13:39 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |