|
• Dünyada"Əl-Əzhər" Britaniyadakı Şiə Mərkəzləri ilə bağlı xəbərdarlıq edibMisirin əl-Əzhər İslam Mərkəzi hazırladığı hesabatda şiələrin Qərbdə çoxaldığını, xüsusilə Britaniya və Londanda 70 şiə mərkəzi olduğu ilə bağlı xəbərdarlıq edərək, bunun qarşısının alınması olduğunu bildirib. Ahlibeyt.az-ın iqna-ya istinadən məlumatına görə,Əl-Əzhərin hesabat mərkəzinin yaydığı məlumatda deyilir ki, 2011-ci ilin hesablamalarına görə Britaniyanın 4.5 %-ni müsəlmanlar təşkil edilər və İslam dini bu ölkədə artmaqdadır. Əl-Əzhər yaydığı bu hesabatda Britaniyada olan "əl-Hüseyni İslam Mərkəzi", "Darul-İslam", "Əhl-Beyt", "Alul-Beyt", "İmam Xoi", "Rəsulul-Əzəm", "Əl-Müslim", "İmam Əli (ə)", "Əl-Heydəri" kimi şiə mərkəzləri və hüseyniyyələrin də adlarını açıqlayaraq iddia etmişdir ki, Avropada şiə və sünni münasibətləri qənaətbəxş bir halda deyildir.
Britaniyada 2.8 milyon müsəlman yaşayır ki, bunun də 0.5 faizini şiələr təşkil edir.Bu ölkədə yaşayan müsəlmanlar arasında Cəfərilər (12 imamçılar), zeydilər və ismailiyyə təriqətinə mənsub olanlar vardır. Şiələrin sayı 400 min nəfər civarındadır ki, əksəriyyəti İran, İraq, Pakistan və Türkiyə vətəndaşlarıdırlar. Avropa ölkələrinin və xüsusilə də Britaniya müsəlmanlarının əksəriyyətini əhl-sünnə və vəhabilər təşkil etdiyi halda, Əl-Əzhər nə üçün məhz şiələrə qarşı xəbərdarlıq etdiyi aydın deyil. Məlumatlara görə, Britaniyada fəaliyyət göstərən şiə mərkəzlərinin əksəriyyəti dini zitəmayüllü deyil, əsasən təlim-tərbiyə mərkəzləri və elmi təşkilatlardırlar ki, bunların da heç birisi firqə və məzhəbi fəaliyyətlə məşğul olmur – ( ABŞ, İngiltərə və İsrailin yaratdığı "şiə mərkəzləri" və onlara bağlı bəzi tv kanalları istisna olunur). Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Yanvar, 2016 14:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |