|
• DünyadaƏgər Misirin Əl-Əzhər universiteti İŞİD-i təkfir edərsə, bölgədə qan dəryası axarMisirin İslami Tədqiqatlar Birliyinin baş katibi, Əl-Əzhər universiteti tərəfindən İŞİD-ə qarşı sukutunun və bu terror təşkilatının təkfir edilməməsinin(dindən çıxmış elan olunmamasının) səbəbini açıqlayıb. Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Misirin İslami Tədqiqatlar birliyinin baş katibi Muhyiddin Əfifi, Əl-Əzhər universiteti tərəfindən İŞİD-in təkfir edilməməsinin (kafir elan olunmamasının) səbəbi barədə dünən (7 yanvar 2016) "ƏNƏ MİSR" TV proqramında deyib: Əgər Əl-Əzhər universiteti belə bir addım atarsa və İŞİD-i təkfir edərsə, bölgədə qan dəryası axar. Təkfirçiliyin daha da genişlənməsinə səbəb olar. Buna görə də İŞİD-in təkfir olunması heç vaxt terrorizmlə mübarizənin həlli yolu kimi ortaya qoyula bilməz. O həmçinin bildirib ki,İŞİD terrorçularının törətdikləri cinayət və əməllərə görə onları kafirdirlər, çünki insanların qanını tökmək, abır və heysiyyətlərinə toxunmağı halal bilirlər və bununla da İslam dinindən xaric olublar. Mühyiddin Əfifi - Misirin İslami Tədqiqatlar birliyinin baş katibi, çıxışının davamında Əl-Əzhərin İŞİD-ə qarşı bir sıra təlaşlarına və Misr dövlətini terrorizmlə mübarizədə himayə etməsinə işarə edib. Bütün müsəlmanların Əl-Əzhərdən İŞİD-i təkfir etməsi olduğu halda Əl-Əzhərin müavini Abbas Şuman bu barədə deyib: "Əl-Əzhər heç vaxt "şəhadəteyn"i (Allah təkdir və Məhəmməd onun rəsuludur) deyən insanları kafir hesab edə bilməz. Baxmayaraq ki, onlar çoxlu günahlar və ən böyük cinayətləri belə törətmiş olsalar da. Əgər Əl-Əzhər İŞİD-i təkfir etsə, onda elə İŞİD-in özü kimi olacaqdır. Çünki onlar da müxalifləri təkfir edirlər". Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Yanvar, 2016 12:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |