إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Türkiyə XİN-dən Azərbaycana viza tətbiqinə açıqlama

Türkiyənin 2016-cı ilin iyun ayından etibarən Azərbaycana qarşı viza rejimi tətbiq edəcəyi gözlənilmir.

Ahlibeyt.az-ın məlumatına görə, bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nazirlikdən deyiblər ki, Türkiyənin ölkəyə gələn Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyi haqqında məlumat XİN-ə daxil olmayıb və Azərbaycan vətəndaşlarına qarşı hər hansı viza dəyişikliyi ediləcəyi gözlənilmir.

Qeyd edək ki,Türk mətbuatı xəbərlərində Türkiyənin  2016-cı ilin iyun ayından etibarən Aİ üzvü olmayan 89 ölkəyə viza rejimi tətbiq etməyə başlayacağı bildirilib və qeyd olunub ki,viza rejimi Azərbaycanla yanaşı  Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Tacikistan, Boliviya, Livan, Özbəkistan və digər ölkələrə tətbiq ediləcək.

Məqsəd  Suriya, Əfqanıstan kimi ölkələrdən Avropaya miqrant axınını əngəlləməkdir. Türkiyə öz vətəndaşları üçün viza sərbəstliyinə nail olmaq əvəzində üçüncü ölkələrə yönəlmiş siyasətini Aİ normaları ilə uyğunlaşdırmaq barədə öhdəlik götürüb. Aİ-nin viza rejimi tətbiq etdiyi bütün ölkələrə Türkiyə də viza tətbiq etməlidir.

Bəzi agentliklərin verdiyi xəbərə görə, Suriya və Əfqanistanın adı viza tətbiq ediləcək ölkələr sırasında yoxdu.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Yanvar, 2016  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!