|
• DünyadaKİV: Cənubi Qafqaz getdikcə yaraqlıların yığıldığı və Suriyaya tranzit meydanına çevrilirCənubi Qafqaz əsrlər boyu mədəni, iqtisadi və hərbi marşrutların mühüm regional kəsişməsi olub. Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə,bu barədə "Heritage" nəşrində dərc edilən məqalədə deyilir. Digər tərəfdən, məqalədə Şimali Qafqazda islamçıların üsyanının beynəlxalq terrorizmə əla ocaq yaratdığı və bütün regionun sabitliyini pozduğu qeyd olunur. "Heritage" nəşrindəki məqalədə deyilir: "Nə Rusiyanın hərbi gücdən həddindən artıq istifadə etməsi, nə də onların Qafqaza irimiqyaslı iqtisadi yardım göstərməsi terrorizm təhlükəsindən xilas olmağa yardım etməyəcək". Məqalədə bəzi hesablamalara görə, təxminən üç min çeçenin İŞİD terror qruplaşmasının tərkibində vuruşduğu qeyd edilir. Hətta İŞİD tərkibində döyüşən ən məşhur qafqazlı yaraqlı kimi "çeçen Ömər" və Əbu Ömər əl-Şişani kimi tanınan Tarxan Batiraşvili göstərilir. Onun Gürcüstan ordusunda hərbi xidmət keçdikdən sonra hazırda İŞİD-in nəzarət etdiyi Hələb, Rakka, Latakiya və İdlibin şimal vilayətlərində baş komandir olduğu bildirilir. "Cənubi Qafqaz getdikcə yaraqlıların yığıldığı və Suriyaya tranzit meydanına çevrilir", - məqalədə deyilir. Müəlliflərin fikrincə, vizasız hərəkət etmək imkanı, nəqliyyat qiymətlərinin ucuzluğu, Azərbaycan, Gürcüstan və Türkiyə ilə ortaq sərhədlərin olması yaraqlılara İraq və Suriyaya çox rahat gedib çıxmağa imkan verir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Yanvar, 2016 12:55 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |