إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda "Vəhabiliyə Son" adlı aksiya keçirilib

Gürcüstanda vəhabilər tərəfindən qətlə yetirilən azərbaycanlı Fikrət Əhmədovun vəfatı ilə bağlı etiraz aksiyası keçirilib.

Ahlibeyt.az-ın SalamNews-a istinadla məlumatına görə, Gürcüstanın Soğanlıq kəndinin mərkəzində keçirilən aksiyada qeyd olunub ki, biz müsəlmanlar Gürcüstanda yad, təkfirci fikirləri qınayır və ölkədə tarixdən gələn müsəlman xristian dostluğunun davam etməsini arzu edirik. Bu səbəbdən dövləti və aiddiyyatı orqanları məsələ ilə ciddi maraqlanmağa çağırırıq.

Aksiya iştirakçıları bildiriblər ki, Fikrət Əhmədova dəyən bıçaq zərbəsini hamımıza dəymiş hesab edirik. Gürcüstan hakimiyətini Fikrət Əhmədovun qırxı gününədək bu azğın yuvanın kəndimizdə ləğvini tələb edirik, əks halda aksiyalarımız davam edəcəkdir. Vəhabilik müsəlmanlara deyil, bütün insanlara təhdid və təhlükədir.

Qeyd edək ki, yanvarın 2-də Soğanlıq kəndində qətl hadisəsi baş verib. Soğanlıq (Poniçala) kənd sakini, 1992-ci il təvəllüdlü Fikrət Əhmədov bıçaqlanaraq öldürülüb. Hadisəyə səbəb öldürülən gəncin Gürcüstan televiziyasına müsahibə verməsi olub. Fikrət Əhmədov "İmedi" kanalına müsahibəsində son bir neçə ildə kənddə vəhabilərin çoxaldığını bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Yanvar, 2016  12:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!