|
• DünyadaVahhabilik İslam dininə qarşı fobiya yaradırBosniya və Hersoqovinanın müftisi, "Rəisul-Üləma" Dr. Mustafa Seriç oktyabr ayının axırlarında Mövlud Yaşaroviç adlı vahhabi terrorçunun ABŞ-ın Bosniya və Hersoqovinanın paytaxtı Sarayevodakı səfirliyinə hücumunu pisləyib. Mustafa Seriç deyib ki, məhz vahhabilərin radikal mövqeləri dünyada İslam dininə qarşı mənfi fikir və fobiya yaratmaqdadır. İslam dininin sülh və rəhmət dini olduğunu və terroru pislədiyini deyən Bosniyanın "Rəisul-Üləma"sı terrorun İslama heç bir xeyir gətirmədiyini əksinə, İslam dininə savaşın açılmasına yol açdığını deyib. Bosniyalıların arasında vahhabilərin olduğunu deyən müfti deyib ki, onlar azlıq təşkil edirlər. Vahhabilərin özlərini digərlərindən daha çox İslama və Hz.Məhəmmədə(s) bağlı olduqlarını düşündüklərini və onlarla həmfikir olmayanları düşmən hesab etdiklərini bildirən Mustafa Seriç deyib ki, onlar etdiklərini İslam dininə bağlamaqla, İslamofobiyanın artmasına rəvac verirlər. Vahhabilərin əqidələrini "Xəvaric"lə bir olduğunu deyən Mustafa Seriç deyib ki, bu əqidə İslamda yeni bir əqidə deyil. İslamın ilk vaxtlarında Hz.Məhəmmədin(s) səhabələrini, hətta dördüncü xəlifə Hz.Əlini(ə) qətlə yetirənlər məhz bu əqidəli insanlar olublar. Çünki onların fikrincə, Hz.Əli(ə) və qətlə yetirdikləri şəxslər kamil müsəlman deyillər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
6 Noyabr, 2011 18:06 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |