إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Məzahiri - Mütaliə mədəniyyəti cəmiyətdə təşəkkül tapmalıdır

Gənc nəsil dini mövzularda, əxlaq, əqidə sahələrində mütaliə etməlidirlər ki, dinlərində savadsız və cəhalətdə olmasınlar, çünki dində cahalət azğınlığa gətirib çıxarır

Ahlibeyt.az-ın Shabestan-a istinadən məlumatına görə,bunu Ayətullah Hüseyni Məzahiri bu həftəki silsiləvi əxlaq dərsləri zamanı bildirib.

Ayətullah Məzahiri həmçinin bir sıra dəyərli məqamlara da toxunaraq qeyd edib ki,İmam Sadiq (ə) Əhli-beyt məktəbinin haqqını yaymaq üçün çoxlu çətinliklər çəkdi. Bütün problemlərə baxmayaraq bu haqq yolun yayılası uğrunda fəaliyyətləri davam etdirdi.

O əlavə edib ki, Əhli - Beyt (ə)məktəbini ən böyük iftxari odur ki, məsum imamlar, o cümlədən İmam Sadiqdən(ə) çoxlu hədislər və qiymətli kəlamlar yadigar qalıb. Cəfəri məktəbi (fiqh sahəsi, nizamlanmış məktəb halına salınmış şiə hüquq sistemi nəzrdə tutulur – red.) İmam Sadiq (ə) tərəfindən təsis edildi və bu hədisləri yaymaq sahəsində Əhli-beyt sevərlərin üzərinə böyük məsuliyyət düşür.

Ayətullah Hüseyni Məzahiri cavanlara dini kitabların mütaliəsini artırmağı da tövsiyyə etdi: Mütaliə gənclərin və bütün xalqın ehtiyacıdır. Kitabxanalar yalnız imtahan ərəfələrində izdihamlı, digər vaxtlarda isə boş olmamalıdır. Mütaliə mədəniyyəti cəmiyətdə təşəkkül tapmalıdır.

“Gənc nəsil dini mövzularda, əxlaq, əqidə sahələrində mütaliə etməlidirlər ki, dinlərində savadsız və cəhalətdə olmasınlar, çünki dində cahalət azğınlığa gətirib çıxarır” - deyə ayətullah elmin faydalarına da toxunub.

O qeyd edib ki, dini mövzularda elm öyrənmək şübhələrin yayılması, islamafobiya sahəsində düşmənin məqsədinə çatması və gənclərinin öz məzhəblərindən uzaq salınması kimi planlarının qarşısını alır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2016  13:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!