|
• DünyadaSəudiyyə Ərəbistanı hökuməti Ayətullah Şeyx Baqir Nimri edam edibSəudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, məhkəmənin qərarıyla barələrində edam hökmü çıxarılan Ayətullah Nimrlə bərabər daha 46 nəfərə qarşı edam hökmü icra edilib Ahlibeyt.az-ın Dunyabuleteni-nə istənadən məlumatına görə,edam edilənlər arasında nüfuzlu şiə din alimi Ayətullah Şeyx Baqir əl-Nimr də var. Daxili İşlər nazirliyinin məlumatında Ayətullah Baqir Nimrin adı bu gün Nazirliyin yayımladığı edam edilənlərin siyahısında yer alıb. Edam edilənlərdən birinin 2004-cü ildə Səudiyyədə terror aktı törədən Əl qaidə üzvü olan Faris bin Şail və digər 45 nəfərin əksəriyyəti terror aktları törətmiş "əl-Qaidə" üzvləri olduğu bildirilir. Məlumatlara görə, Səudiyyə Ərəbistanının SPA agentliyi edam edilənlər arasında bir nəfər Çad və Misir vətəndaşının olduğunu bildirilir. Bildirilib ki, edam edilənlər mülki şəxsləri və krallığın təhlükəsizlik qüvvələrini hədəfə alan terror aktları törətməkdə ittiham ediliblər. Xatırladaq ki, Ayətullah Şeyx Baqir Nimr barədə bir neçə instansiyadan keçən edam qərarı ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanının Ali Məhkəməsi tərəfindən də təsdiqlənib. O, ölkənin şərqində hökumətə qarşı nümayişlərə rəhbərlik etməkdə ittiham edilib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Yanvar, 2016 12:45 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |