إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İslam ölkələri parlamentlərinin Bağdaddakı iclasının əsas mövzusu

İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv olan ölkələrinin parlamentlərin 11-ci iclası gələn il Bağdadda keçirilcək və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyekti olacaq.

Ahlibeyt.az-ın İqna-ya istinadla verdiyi xəbərə görə, İslami Əməkdaşlıq Təşkilatına(İƏT) üzv olan ölkələrin parlamentlərinin 11-ci iclası İraqın paytaxtı Bağdadda keçiriləcək və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyektidir.

Yeni ildə İraqın paytaxtı Bağdad İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrinin parlamentlərinin 11-ci iclasına ev sahibliyi edəcək.Toplantı 2016-cı il Yanvar ayının 20-dən 25-dək keçiriləcəkdir.

İraq parlamenti İslami Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən 53 ölkənin parlamentinə bu iclasda iştirak etmək üçün dəvətnamə göndərib.

Abbas Bəyati (İraq milli məclisinin xarici əlaqələr komitəsinin üzvü) bu barədə dedi: Region porblemləri və terrorizm məsələsi bu iclasın əsas müzakirə obyekti olacaqdır. İclasda iştirak edənlər terrorizmlə mübarizə təcrübələrini mübadilə edəcəklər.

Siyasi icmalçı Vasiq Haşin bu iclasla bağlı bildirib: Bu iclas İraq üçün öz sözünü deməyə bir fürsət yaradacaqdır.

Qeyd edək ki, İslam Parlamentlər Birliyi İƏT tərkibində olan dövlətlərin təşkilatıdır ki, 1999-cu ildə İranın paytaxtı Tehranda təsis edilmişdir.

Bu təşkilatın 10-cu iclası keçən il Türkiyədə keçirilmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Dekabr, 2015  11:58 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!