|
• DünyadaAyətullah Xameneyi müsəlman ölkələrini vahid İslam sivilizasiyası yaratmağa çağırıbİslam dünyası Peyğəmbər(s) kimi yeni ruh və atmosfera yaratmalı və vahid İslam mədəniyyəti (sivlizasiyasını) qurmalıdır Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə,bunu İranın ali dini lideri Ayətullah Xameneyi Tehranda keçirilən "İslam Birliyi" 29-cu beynəlxalq konfransı çərçəvəsində İran rəsmiləri, İslam dövlətləri səfirliklərinin nümayəndələri və konfransının iştirakçıları ilə görüşü zamanı səsləndirib. Ayətullah Xameneyi Qərb ölkələrini özlərinə “qiblə”seçməyən İslam dünyası ziyalıları və alimlərindən istəyib ki, özləri çalışsınlar və yeni islami mədəniyyəti qursunlar.Bu gün İslam dünyası alim və ziyalılarının ən önəmli vəzifəsi zülm, ayrıseçkilik və çirkliliklərlə dolu olan dünyaya həqiqi İslamı ciddiyyət və fədakarcasına çatdırmaqdır. Bu gün növbə İslam dünyasınındır ki, elm, yeni texnologiyalar, ağıl, tədbir və gözü açıqlıq ilə “Yeni İslam Mədəniyyəti” qursunlar. O qeyd edib ki,bu gün müsəlman xalqlar sadəcə Peyğəmbərin (s) mövludunu bayram kimi qeyd etməklə kifayətlənməməlidir, bəlkə bütün gücü ilə çalışmalıdırlar ki, Yeni İslami Mədəniyyəti dünyaya çatdırsınlar.Yeni İslami Mədəniyyət Qərb mədəniyyətinin xalqlara sırıdığı əxlaq və mədəniyyət, insanların hüquqlarının pozulması, ərazilərin işğalı anlamına deyil, bəlkə insanlara ilahi fəzilətlərin hədiyyə edilməsi və doğru yolun seçilməsi üçün onlara şəraitin yaradılması anlamınadır. Dini lider İslam ölkələrindəki mövcud olan potensiallara o cümlədəən stratejik coğrafi mövqeyi, təbii sərvətləri və istedadlı işçi qüvvəsinin olduğunu xatırladıb və deyib ki,əgər bu potensiallar həqiqi islami təlimlər ilə birləşərsə İslam ümməti elm, siyasət, texnologiya və hətta ictimai sahədə yaradıcılıqlar edə bilər.Bunu əldə etmək üçün ilk öncə hegemon ölkələrin xalqlar üzərindəki əlləri kəsilməlidir.Əlbətdə buna çatmağın böyük zəhmətləri var. Böyük hədəflərə zəhmət ödəmədən çatmaq mümkin deyil.”. Ali Lider bildirib ki, Qərb dünyası İslam dünyasının fəlsəfə və elmindən istifadə edərək öz mədəniyyətinin əsasını qoydu. “Bu mədəniyyət yaşamaq üçün rahatlıq, texnologiya və sürəti ilə gözəl görsənsədə insanların xoşbəxtliyi, səadəti və ədalət üçün heç nə vermədi və öz daxilində ziddiyyətlərlə üzləşdi. Qərb mədəniyyəti zahirdə gözəl görsənsədə indi əxlaqi baxımdan pozğun, mənəvi baxımdan içi boşdur və Qərblilər özləri bu faktı etiraf edirlər”. Ayətullah Xamenei bildirib ki, düşmən, müsəlmanlar arasında ixtilaf yaratmaqla Yeni İslami Mədəniyyətin qurulmasına mane olur. “ABŞ siyasətçilərinin danışıqlarında şiə və sünni məsələsi gündəmə gəldiyi zaman ağıl və fikir sahiblərini narahat etdi. Ona görə ki, bilirdilər ki, Amerikalılar yeni və təhlükəli planlar cızırlar. Amerikalılar İslamla müxalifdirlər. Onların zahirdə bəzi firqələri dəstəklədikləri haqqında açıqlamalarına aldanmaq olmaz. Amerikanın sabiq rəsmisi 11 sentyabrdan sonra səlib müharibəsi sözündən istifadə elədi və bu həqiqətdə hegemonlarla İslamın müharibəsinin başlanması deməkdir. ABŞ-ın indiki rəsmilərinin İslama müxalif olmadıqları ilə bağlı çıxışları yalandır və iki üzlülüklərindən irəli gəlir. ABŞ-ın indiki rəsmiləri də İslamla müxalifdirlər və söylədiklərinin əksi olaraq müsəlmanlar arasında ixtilaf yaratmaq istəyirlər. Buna nümunə kimi İŞİD və digər terror qruplaşmalarının ABŞ-ın siyasi dəstəiyi və ona yaxın olanların pulu ilə yaradılması və dəstəklənməsidir. ABŞ üçün şiə və sünninin fərqi yoxdur. Onlar İslami qayda-qanunlarla yaşayan hər bir müsəlmana qarşıdırlar. Düşmənlərin məqsədi daxili müharibələr yaratmaqdır və təssüflər olsun ki,bunu qismən bacarıblar və ölkələri bir-birinin ardınca viran edirlər. Bu çirkin planların qarşısında sükut etmək olmaz və onunla mübarizə aparmaq lazımdır.” Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Dekabr, 2015 11:28 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |