إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Cümə qüslü vacibdirmi?

Allahın Peyğəmbəri (s):«Ey Əli! İnsanlar hər yeddi gündən bir özlərini yumalıdır. Buna görə də, hətta onun suyunu tədarük görmək üçün gününün yeməyini satıb ac qalmalı olsan belə hər cümə qüsl et! Çünki, cümə qüslundan üstün olan bir müstəhəb əməl yoxdur.»

İslam Peyğəmbərindən (s) və onun pak Əhli-beytindən (ə) nəql olunan hədislərə görə, günlərin ən fəzilətlisi, ən üstünü - cümə günüdür. Bu günün özünəməxsus əməlləri vardır ki, bu əməllər barəsində həm Allah kəlamı olan mübarək Qurani-Kərimdə, həm də Məsumların (ə) hədislərində xüsusilə qeyd olunur.

Qurani-Kərim buyurur:Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Cümə 9)

Cümə gününün mübarək əməllərindən biri də Cümə qüslüdür.

İmam Sadiq (ə) buyurmuşdur ki, «Cümə qüslü insanı pak edər və iki cümə arasında onun günahlarının kəffarəsidir».

Cümə qüslü təkid olunmuş müstəhəbbi əməllərindən biridir.Bu qüsl ən mühüm və tə’kid olunmuş müstəhəb qüsüllərdəndir. Yaxşı olar ki, imkan həddində bu qüsül tərk olunmasın. Bu qüslü cümə günü sübh azanından zöhr azanına qədər yerinə yetirmək olar.Müsətəbbdir ki,zöhr azanəına yaxın vaxtda yerinə yetirilsin. Əgər günortayadək bu mümkün olmasa ehtiyat budur ki, “əda və qəza” niyyəti etmədən həmin gün  günortan  şam azanınaqədər yerinə yetirilsin. Əgər cümə günü qüsl almaq mümkün olmasa müstəhəbdir ki, şənbə günü sübdən qürub vaxtınadək bu qüslün qəzası yerinə yetirsin. Bir şəxs cümə günü su tapmayacağından qorxarsa cümə axşamı öncədən niyyətlə bu qüslü verə bilər.

Cümə qüslünü alan zaman müstəhəbdir ki, bu duanı oxusun:
أَشْهَدُ أَنْ لاَإِلَهَ إِلاَّ الله ُوَحْدَهُ لاَشَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ أَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاجْعَلْنِى مِنَ التَّوَّابِينَ وَاجْعَلْنِى مِنَ الْمُتَطَهِّرِينَ.

“Əşhədu ənla ilahə illəllah vəhdəhu la şərikələh və ənnə Muhəmmədən əbduhu və rəsuluh, əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəc`əlni minət-təvvabin, vəc`əlni minəl-mutətəhhirin”.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2015  09:24 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!