إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İraq XİN-i: Türkiyə qoşunlarını çıxarmazsa, Bağdad bütün qanuni vasitələrdən istifadə edəcək

Türkiyə qoşunlarını İraq ərazisindən çıxarmayacağı təqdirdə Bağdad bütün qanuni vasitələrdən istifadə etməyə hazırdır.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti agentliyinin məlumatında qeyd olunur ki, bu barədə Ərəb Dövlətləri Liqasının təcili toplantısından sonra İraqın xarici işlər naziri İbrahim əl Cəfəri bildirib.

“Biz hələlik hədə-qorxu gəlmirik. Lakin təhlükəsizliyimizə və ərazi bütövlüyümüzə təhlükə davam edərsə, mən bu hücuma cavab üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm. Bütün variantlar mümkündür”, deyə  İraq XİN rəhbəri bildirib.

Həmçinin ötən gün Ərəb Dövlətləri Liqasının XİN rəhbərləri Qahirədə keçirdikləri növbədənkənar toplantıda qəbul etdikləri qərarda Türkiyə hökumətini qoşunlarını İraqdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.

“ƏDL Türkiyənin İraq ərazisinə qoşun yeritməsini pisləyir və Türkiyə hökumətindən ordu qüvvələrinin  dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir”,  deyə ƏDL baş katibinin müavini Əhməd Ben Xelli qeyd edib

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Dekabr, 2015  07:48 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!