إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hər kəs öz ağlını öz əlilə məhv edərsə...

Qurani kərim buyurur:

"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!"

İmam Əli(ə) buyurur:

- Qəflətdə olan nadan qalar. Hər kəsə qəflət qalib gələrsə qəlbi ölər.

- "Sizi həvəsdən çəkinməyə tövsiyə edirəm. Çünki həvəs insanı kor olmağa çağırır, axirət və dünyada azğınlığa səbəb olur"

- "Hər kəs ürəyini bir şeyə verə (ona məhəbbət bağlaya) gözü kor, qəlbi xəstə olar.Görməyən gözlə baxar, eşitməyən qulağıla qulaq asar. Şəhvətlər ağlını yırtar, dünya qəlbini öldürər, belə ki, ruhu ona (dünyaya) bağlanar. O, dünyanın və dünyadan bir şey əlində olanların qulu olar. (Dünya) hansı səmtə gedərsə o da gedər və hər yerə dönərsə oda dönər."

- "Hikmətlə şəhvət birlikdə bir qəlbə sığmazlar."

- "Dünyaya məhəbbət bağlamaq ağılı aradan aparar və ürəyi hikmət eşitməkdən saxlayar

İmam Kazım(ə) buyurur:

- "Hər kəs, üç şeyi üç şeyə üstün edərsə, elə bil ki, öz məhv olmasına kömək etmişdir:

Birincisi odur ki,- təfəkkür işığını uzun arzularla qaranlığa döndərə.

İkincisi odur ki,- Ələ gətirdiyi hikmətləri bihudə sözlərlə, yersiz danışıqla məhv etsin.

Üçüncüsü odur ki, ibrət nurunu nəfsi istəklərilə söndürsün.

Bu təqdirdə öz həvəs və nəfsi istəkləri ilə ağlını aradan aparmalı olacaqdır və hər kəs öz ağlını öz əlilə məhv edərsə öz din və dünyasını məhv etmişdir"

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Dekabr, 2015  15:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!