إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xristiana Allahdan rəhmət diləmək olarmı?

"Günəşli'' yatağında yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar Nazirliyinin (FHN) "Vixr-9" yanğınsöndürmə gəmisinin komandiri, daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də ürək çatışmazlığından vəfat etdi. Bundan sonra bir çoxları sosial şəbəkələrdə onun fotosunu paylaşdı, Allahdan rəhmət dilədi. Elə bu sonuncu da mübahisələrə səbəb oldu. Belə ki, komandirin müsəlman olmamasını önə çəkən istifadəçilər Allahdan ona rəhmət diləməyin düzgün olmadığını iddia etdilər. Bəs İslamın bu barədə nəzəri necədir? Olar, ya olmaz?

Ahlibeyt.az-ın məlumatına görə,İslam.az bu məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçılar Hacı Samir Ağayevə və Hacı Şahin Həsənliyə müraciət edib.

Hacı Samir Ağayev:

- Əgər müşrik deyilsə, rəhmət göndərmək olar. Müsəlman olmayan insanın İslamı qəbul etməməsində üzürlü səbəblər varsa, Allah onu bağışlaya da bilər, Cənnətə də göndərə bilər. Bir insana rəhmət diləmək – yəni Allahdan onun bağışlanmasını, Rəhməti ilə əhatə etməsini istəmək deməkdir. Bu baxımdan da, məsələn, xristiana da rəhmət oxumaq olar.

Hacı Şahin Həsənli:

- İslam dini insanlara mərhəmətlə yanaşmağı tövsiyə edir. Müsəlman hər bir insana mərhəmətlə yanaşmalıdır. Dünyadan köçmüş insana, dini mənsubiyyətinə fərq qoymadan, rəhmət oxumaq olar. Xüsusən o insana ki, fədakarlıqla digər insanların ölümdən xilasında iştirak edib və canını da bu yolda qurban verib.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
14 Dekabr, 2015  15:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!