|
• DünyadaSəudiyyə Ərəbistanında bələdiyyə seçkilərində ilk dəfə olaraq, qadınlar iştirak edirlərBu gün Səudiyyə Ərəbstanında keçirilən bələdiyyə seçkilərində ilk dəfə olaraq qadınlar seçilmək,səs vermək huququ əldə edib Ahlibeyt.az-ın Tass-a istinadən məlumatına görə, qadınlara sürücülük hüququnun verilmədiyi yeganə ölkə olan Səudiyyə Krallığında, qadınlar bələdiyyə başçıları da seçilə biləcək. Ümumilikdə 5938 kişi namizədlə müqayisədə 978 qadın, bələdiyyə seçkiləri üçün namizədliyini irəli sürüb. Ölkə qanunlarına görə, qadın namizədlərin üçünün görünməsinə icaze verilmediyi üçün seçki bərabərliyinin təmini üçün seçkilərdə iştirak edən kişi namizədlərə təbliğat vərəqələrində şəkillərinin verilməsinə qadağan qoyulub Seçki kampaniyasında qadın namizədlər kişilərlə müqayisədə bir sıra məhdudiyyətlərlə üzləşib; onların seçki platformaları barədə seçicilərə yalnız pərdə arxasından və ya kişi nümayəndələri vasitəsilə çıxışlar etməsinə icazə verilib. Qadınların səsvermə hüququndan savayı, bugünki seçkilər Səudiyə Ərəbstanı tarixində keçirilən 3-cü səsvermədir. Məlumata görə,səsvermədə iştirak etmək üçün 130 minə yaxın qadın qeydiyyatdan keçib ki,bu da səsvermə huququ olan qadınların 16 faizini təşkil edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Dekabr, 2015 12:35 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |