إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Bu gün Hz.İmam Baqirin(ə) şəhadət günüdür

Bu gün 4 noyabr, Zil-hiccə ayının 7-i Kərbəla müsibətinin son canlı şahidi Hz.İmam Məhəmməd Baqirin(ə) şəhadət günüdür. Bu şəhadət münasibətilə başda Hz.Qaim(ə.f) olmaqla, bütün Əhli-Beyt(ə) aşiqlərinə təsəlli deyirik.

Qütb Rəvəndi nəql edir ki, İmam Səccaddan(ə) özündən sonra kimin imam olacağı barədə soruşulduqda belə buyurmuşdur: "Məndən sonra imam Məhəmməd Baqirdir. O, elmin qapılarını gözəl bəyanla açacaqdır".

İmamlığı 19 il çəkən Hz.İmam Baqirin(ə) atası İmam Səccad(ə), anası isə İmam Həsənin(ə) qızı, Ümmü Əbdüllah ləqəbiilə məşhur olan Fatimədir. İmam Baqirin(ə) anası da atası kimi çox təqvalı adam olmuşdur. Beləki, Hz.İmam Sadiq(ə) onu xatırlayarkən buyurmuşdur: "O qadın o qədər düz danışan və ləyaqətli bir şəxs olmuşdur ki, İmam Həsənin(ə) övladlarının içində onun tayı-bərabəri olmamışdır".

Hz.İmam Baqir(ə) tarixin həssas dövrlərindən birində ömür sürmüşdür. Ləqəbi Baqirul-Ulum(Elmləri yaran) olan imam(ə), İmam Səccadın(ə) yaratdığı kiçik bir təşkilatıö öz rəhbərliyi altına alaraq onun genişlənməsi və böyüməsi üçün çalışmışdır. Bu səyləri nəticəsində ən böyük elmi-dini məktəblərdən birini təsis edir. Düdür, şagirdlərinin sayı oğlu İmam Sadiqin(ə) şagirdləri qədər olmasa da, onun şagirdləri şiə məktəbinin inkişafını düzgün qurulmuş proqramlar əsasında nizamlı şəkildə irəli apara biliblər.

Şiənin böyük alimi Kəşşi yaır ki, İmam Baqirin(ə) imamətindən əvvəl şiələr haram və halal barəsində başqalarından öyrəndikləri sadə hökmlərdən başqa heç nə bilmirdilər. Elə ki, İmam Baqir(ə) imamətə çatdı, elmin qapılarını onların üzünə açdı və yollarını onlara bəyan etdi. Bundan sonra şiələr əvvəllər kimdən elm öyrənirdilər, başladılar həmin adamlara elm tədris etməyə.

İmam Baqir(ə) yaşadığı müddət ərzində dəfələrlə müxalifləri ilə elmi diskussiyalar aparmış və hər dəfə də onları pərt edəcək tərzdə məğlub etmişdir.

Digər məsumlar(ə) kimi pak ömrünü İslam dininə xidmətdə keçirən İmam Baqir(ə) Zil-hiccə ayının 7-i dövrün xəlifəsi olan Hüşam ibn Əbdül-Məlikin əmrilə zəhərlənərək şəhid edilmişdir. Onun pak və mütəhhər qəbri Bəqi qəbirstanlığında yerləşir.

Elm qapılarını açan

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Noyabr, 2011  04:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!