إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisi Cümə məscidində Quran müsabiqəsi keçirilib (Fotolent)

Gürcüstan Müsəlmanları İdarəsinin(GMI) şeyxi Hacı Ramin İgidov - “Quran yaışması və kitaboxuma yarışlarının Gürcüstanda yaşayan müsəlmanların Quranla və dinlə daha yaxından tanış olmalarına müsbət təsir göstərir, gənclərin dini öyrənmələrinə həvəsləndirmiş olur”

Gürcüstan Müsəlmanları İdarəsindən Ahlibeyt.az-a verilən məlumata görə,Tbilisi Cümə məscidində il ərzində keçirilən Quran kurslarının öyrənciləri arasında müqəddəs kitabın üzündən ərəbcə düzgün şəkildə oxunuşu üzrə yarış keçirilib.İki mərhələdən ibarət yarışda ölkənin müxtəlif yerlərindən 50-yə yaxın gənc yeniyetmələr hakimlər qarşısında özlərini sınadyıblar.

Yarışdan öncə bu günə təsadüf edən Hz. Məhəmməd Peyğəmbərin (s) vəfatı və əziz nəvəsi Hz. İmam Həsənin (ə) şəhadəti münasibəti ilə mərasim keçirildi. Anım mərasimində Quran tilavətindən sonra, məsumların həyatı haqda söhbət olundu, mərsiyə deyildi, şəhidlərin ruhuna dualar oxundu və ehsan süfrəsi açılıb.

Sonra yarışmada finala vəsiqə qazanan 11 iştirakçı kürsüdə tamaşaçılar qarşısında Quran tilavət  olunub. Yarışda qalib olan 4 nəfər və müəllimləri Hz. Peyğəmbərin (ə) mövlud günü mərasimində Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən nəfis hədiyyələrlə mukafatlandırılacaqlar.



Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Dekabr, 2015  12:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!