إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ciddədə “İstanbul İƏT-in Gənclik paytaxtı” beynəlxalq proqramının İslam dünyası üçün təqdimatı oldu

Dünən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə yerləşən mənzil-qərargahında keçirilən İİT ixtisaskaşmış qurumlarının Birinci Əlaqələndirmə sessiyası çərçivəsində “İstanbul – İƏT Gənclik Paytaxtı” Beynəlxalq Proqramının təqdimatı keçirilmişdir.

Ahlibeyt.az-ın İslam.az-a istinadən mlumatına görə, mərasimdə ilk öncə İƏT-in baş katibi İyad Əl-Mədəni çıxış edərək, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə bu proqramın müsəlman gəncliyinin həmrəyliyi istiqamətində olan rolunu xüsusi qiymətləndirmişdir.

Çox sayda beynəlxalq təşkilatları təmsil edən 60-dan yuxarı yaxın nümayəndə əvvəlcə proqram üçün çəkilmiş reklam təqdimat filminə baxmış, sonra isə qonaqlar qarşısında İKGF-nin sədri səfir Elşad İskəndərov çıxış etmişdir. E.İskəndərov çıxışında qeyd etmişdir ki, bu təşəbbüs 2014-cü ilin oktybarında elan edildiyindən keçən qısa müddət ərzində aparılan gərgin iş nəticəsində Proqrama 2015-ci ilin iyununda start verilmiş, və artıq İİT İlk Gənclər Paytaxtı kimi İstanbulda coxsaylı tədbirlər uğurla həyata keçirilməkdədir. O, bildirmişdir ki, bir illik proqram ən müxtəlif tədbirləri - film festivalından tutmuş konfranslara, gənc liderlərin sammitinə, musiqi festivalından tutmuş idman turnirləri və mədəniyyət tədbirlərinə qədər olan sahələri əhatə edəcəkdir. İKGF-nin sədri İƏT-in Baş katibi İyad Əl-Mədəniyə bu proqrama göstərdiyi yüksək dəstəyə və İKGF tərəfindən irəli sürülmüş, növbəti İƏT paytaxtının seçilməsi kriteriyası işinin sona yetməsinə görə xüsusi təşəkkürünü bildirmişdir.

Xatlrladaq ki, həmin gün eyni zamanda İKGF, İƏT-in gənclik fəaliyyətlərinin koordinasiyası ilə bağlı Birgə Komitəsinin plenar iclasında əsas İƏT gənclik institutu kimi 2016-cı ildə İƏT sammitindən öncə keçiriləcək gənclik tədbiri ilə bağlı öz baxışlarını təqdim etmişdir. Birgə Komitənin qəbul etdiyi komünikedə İKGF-nin fəaliyyəti və proqramları, eləcə də “İƏT Gənclər Paytaxtı” proqramının həyata keçirilməsi ilə bağlı İƏT institutları arasında əməkdaşlığa çağırış öz əksini tapmışdır. Ciddə görüşündə İKGF-nin növbəti İƏT Gənclər Paytaxtının nominasiyası ilə bağlı hazırladığı kriteriya bəyənilmişdir. (Bu kriteriya 2016-17-ci ildə müvafiq şəhərlərin namizədliyini irəli sürülməsi üçün İƏT üzv-ölkələri arasında yayımlanacaqdır).

Təqdimat mərasimində Türkiyənin İƏT-dəki daimi nümayəndəsi Salih Mutlu Şen 1-ci İƏT Gənclər Paytaxtının ev sahibi kimi çıxış edərək, proqramın gənc nəslin motivasiyasında oynayacağı rola böyük dəyər vermiş, o cümlədən, bu proqramın İƏT ölkələrində gənclərin mübadilə proqramları çərçivəsində dəstəklənməsini xüsusi vurğulamışdır.

Təqdimatdan sonra İƏT baş katibinin adından tədbir iştirakçılarına ziyafət verilmiş, “İƏT 1-ci Gənclik Paytaxtının” reklam materialları qonaqlara paylanmışdır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Dekabr, 2015  12:39 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!