إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Ciddədə Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq simpozium keçirilib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki mənzil-qərargahında “Dağlıq Qarabağ münaqişəsinin həllində İƏT-in rolu: Keçmiş səylər və perspektivlər” mövzusunda beynəlxalq simpozium təşkil olunub

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və ölkəmizin Səudiyyə Ərəbistanındakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Simpoziumda İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyinin əməkdaşları, təşkilata üzv ölkələrin İƏT yanında daimi nümayəndələri və Ciddədə akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri iştirak ediblər.

İƏT baş katibinin siyasi məsələlər üzrə müavini Abdullah Alim çıxış edərək deyib ki, təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman ölkəmizin haqlı mövqeyini dəstəkləyir, Ermənistandan işğal etdiyi ərazilərdən geri çəkilməyi tələb edir və beynəlxalq ictimaiyyəti bu məsələnin həllində fəal olmağa çağırır.

Beynəlxalq simpoziumda iştirak edən SAM-ın direktor müavini Gülşən Paşayeva,Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev,İƏT-in Siyasi Məsələlər İdarəsinin baş direktoru Tariq Bəxit,Türkiyənin İƏT yanında daimi nümayəndəsi Saleh Mutlu Şən Ermənistanın işğal olunmuş Azərbaycan əraziləri və Dağlıq Qarabağ münaqişəsi ətrafında çıxış ediblər

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Dekabr, 2015  15:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!