|
• DünyadaTac-Mahal hinduslara verilməyəcəkHindistan höküməti bir qrup hüquqşünaslara məhkəmədə qalib gəlib . Belə ki, bir qrup hüquqşünas sübut etmək istəyib ki, şah Cahan tərəfindən inşa olunan Tac-Mahal əslində hindusların məbədi olub Ahlibeyt.az-ın İslaminsesi-nə istinadən verdiyi xəbərə görə,Tac-Mahalın yerləşdiyi Arpa şəhərinin 6 hüquqşünası ötən ildən bəri məbədin məhs hinduslara məxsus olduğunu iddia ediblər. Məhkəmədə vəkillər sübut etməyə çalışıblar ki, məbəd əvəllər Şiva tanrısına məxsus olub. Hindistanın mədəniyyət naziri Maxeş Şarmanın sözlərinə görə, məhkəmə mavzoleyin məbəd olması barədə yetəri sübut tapmadığı üçün işi bağlamalı olub. Qeyd edək ki, Tac-Mahal Hindistanın Aqra şəhərində, Camna çayı sahilində yerləşən Tac-Mahal dünya memarlığının şah əsəridir. Böyük Moğollar İmperiyasının hökmdarı, Əmir Teymurun nəslindən olan Cahan şahın əmri ilə həyat yoldaşı Ercümənd Banu Begümün xatirəsinə (Mümtaz Mahal)ucaldılmış Tac-Mahal həm də əbədi məhəbbətin rəmzidir. 1632-ci ildə inşasına başlanan əsər 20 il sonra 1652-ci ildə tamamlanmıştır. Abidənin hündürlüyü 75 metrdir və ağ mərmərdən hazırlanmışdır. Tac -Mahalın divarları həqiqi xəzinə daş-qaşlarıyla örtülüdür, divarlarında 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50 çox böyük inci vardır. Babur İmperatorluğunun VI hökmdarı Cahan şah və həyat yoldaşı Ercümənd Banu bu sarayda dəfn edilmişlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Dekabr, 2015 15:07 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |