|
• DünyadaRusiyanın türkdilli respublikaları TÜRKSOY-la əməkdaşlığı dayandırmağa başlayıbRusiyanın türkdilli federasiya subyektləri TÜRKSOY təşkilatı ilə əməkdaşlığı dayandırmağa başlayıblar Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Apa-nın TASS-a istinadən məlumatında bildirilir ki,artıq Xakasiya və Tıva respublikaları bu təşkilatla əlaqəni kəsdiklərini bəyan ediblər. “Biz Rusiya Mədəniyyət Nazirliyinin mövqeyini dəstəkləyirik və bu təşkilatla bütün əlaqələri dərhal dayandırırıq. Daha əvvəl biz beynəlxalq televiziya musiqi yarışması olan “Türkvision”da iştirak edirdik. İndi biz bu sahədə də əməkdaşlığı davam etdirməyi düşünmürük”, - deyə Xakasiya mədəniyyət nazirinin müavini Yuliya Troşkina deyib. Tıva vilayətinin mədəniyyət nazirinin müavini Vera Lapşakova da gələn illərdə TÜRKSOY-la heç bir layihə planlaşdırmadıqlarını açıqlayıb. Qeyd edək ki, Rusiyanın mədəniyyət naziri Vladimir Medinski Altay, Başqırdıstan, Yakutiya, Tatarıstan, Tuva və Xakasiya respublikalarına TÜRKSOY-la əlaqələri dərhal kəsmək barədə müraciət ünvanlayıb. Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy bildirib ki, qərara səbəb Türkiyənin Rusiyaya məxsus "Su-24" təyyarəsini vurduğu üçün hələ də üzr istəməməsidir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
30 Noyabr, 2015 16:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |