|
• DünyadaNigeriyada Ərbəin mərasiminə hazırlaşan Əhli-Beyt ardıcıllarına terror hücumuNigeriyanın Kano şəhərində Əhli-Beyt(ə) ardıcıllarının keçirdiyi Ərbəin yürüşü zamanı təşkil edilən terror hücumunda ilkin verilən məlumatlara görə, 21 adam şəhid olub.
Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, Nigeriya İslam Hərəkatının rəhbəri Mustafa Potiskum, açıqlama verərək, Kano şəhərindən 50 kilometr məsafədəki Çiromaua kəndində Ərbəin yürüşü zamanı intiharçı terrorçu üzərindəki bombaları İmam Hüseyn (ə) zəvvarlarının yaxınlığında partlatdığını deyib. Partlayış nəticəsində 21 nəfərin şəhid olduğunu deyən Potiskum, onlarla müsəlmanın da yaralandığını bildirib.
Nigeriyada fəaliyyət göstərən humanitar yardım təşkilatlarından NEMA-nın koordinatoru Musa İlallah hücumu təsdiq etsə də, ölənlərin sayı ilə bağlı dəqiq məlumat verməyib.
Terror hücumunu hələlik heç bir qruplaşma üzərinə götürməsə də, Boko-Haram terror təşkilatının regionda buna bənzər hücumlar təşkil etdiyi məlumdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
28 Noyabr, 2015 16:18 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |