28 Noyabr, 2015
Nigeriyada Ərbəin mərasiminə hazırlaşan Əhli-Beyt ardıcıllarına terror hücumu
Nigeriyanın Kano şəhərində Əhli-Beyt(ə) ardıcıllarının keçirdiyi Ərbəin yürüşü zamanı təşkil edilən terror hücumunda ilkin verilən məlumatlara görə, 21 adam şəhid olub.

Ahlibeyt.az-ın Faktxeber-ə istinadən məlumatına görə, Nigeriya İslam Hərəkatının rəhbəri Mustafa Potiskum, açıqlama verərək, Kano şəhərindən 50 kilometr məsafədəki Çiromaua kəndində Ərbəin yürüşü zamanı intiharçı terrorçu üzərindəki bombaları İmam Hüseyn (ə) zəvvarlarının yaxınlığında partlatdığını deyib. Partlayış nəticəsində 21 nəfərin şəhid olduğunu deyən Potiskum, onlarla müsəlmanın da yaralandığını bildirib.

Nigeriyada fəaliyyət göstərən humanitar yardım təşkilatlarından NEMA-nın koordinatoru Musa İlallah hücumu təsdiq etsə də, ölənlərin sayı ilə bağlı dəqiq məlumat verməyib.

Terror hücumunu hələlik heç bir qruplaşma üzərinə götürməsə də, Boko-Haram terror təşkilatının regionda buna bənzər hücumlar təşkil etdiyi məlumdur.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4075.html