|
• DünyadaMisir “Rəfəh” keçidini 3500 fələstinli xəstənin üzünə bağladı Misir “Rəfəh” keçidini 3500 fələstinli xəstənin üzünə bağlayıb. Bunu Qəzza Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Qədəre deyib
Ahlibeyt.az-ın Maide.az-a istinadən məlumatına əsasən, Qəzza Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf Qədəre “Rəfəh” keçidinin bağlı saxlanılmasından narahatlığını ifadə edərək bildirib ki, bu keçidin bağlanması fələstinlilərə bir çox problemlər yaradıb.
O deyib ki, bəzi fələstinli xəstələr ağır vəziyyətdədir və təcili tibbi yardıma ehtiyacları var.
Ə.Qədəre qeyd edib ki, Rəfəh keçidinin açılması ilə bağlı fələstinlilərin Misir rəsmiləri ilə apardığı danışıqlar indiyədək faydasız olub.
O,Qırmızı Xaç və digər Benəlxalq Təşkilatlardan Rəfəh sərhəddinin açılması məqsədilə Misir hökümətinə təzyiq göstərmək üçün yardım istəyib.
Qeyd edək ki, Rəfəh keçidi bu ilin əvvəlindən yalnız 19 gün açıq olub.
Misir höküməti Rəfəh keçidini silah qaçaqmalçılığının qarşısını almaq məqsədilə bağladığını iddia edir.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 12:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |