|
• DünyadaQazaxstanda MDB məkanında terror təşkilatlarına qarşı təhlükəsizlik tədbirləri müzakirə olunurQazaxıstanda MDB dövlətlərinin anti - terror məkəzlərinin iclası keçirilir Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, 25-26 noyabr Qazaxısatanın Alma-Ata şəhərində MDB-ə üzv ölkələrin Anti-terror Mərkəzi təhlükəsizlik qüvvələrinin və xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirakı ilə V regional məsləhətləşmə iclasını keçirir. İki gün davam edən müzəkirələrdə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan iştirak edəcək. 2 gün davam edəcək tədbirdə MDB dövlətlərinin təhlükəsizlik orqanları ekstremizmin sonrakı nəticələrini nəzərdən keçirəcəklər. İştirakçı dövlətlər İŞİD, Əl-Nusra, Taliban və digər terror təşkilatlarının ölkələr üçün təhdidini və milli təhlükəsizliyin təminatı məsələlərini müzəkirə edəcəklər. İclasda MDB dövlətlərində əhalinin dini radikallaşması və vətəndaşların terror təşkilatlarına cəlb edilməsinin əks təsirləri üzrə profilaktik iş aparılacaq. Son vaxtlar MDB məkanında terror təhlükəsi daha çox hiss edilir. Buna görə də Rusiya başda olmaqla təşkilatın bir çox dövlətləri terrorçuluqla mübarizədə tədbirlər görməyə başlayıblar. Bütün bu təhlükələr post - sovet dövlətlərini birlikdə hərəkət etməyə sövq edir. Artıq dövlətlər terrorçuların saxlanılması və onların ekstradisiyası ətrafında əməkdaşlığı genişləndirirlər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Noyabr, 2015 11:02 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
28 Mart, 2025 18:37
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |