|
• DünyadaTürkiyənin vurduğu Rusiyanın “Su-24” təyyarəsinin ikinci pilotu xilas olunubTürkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan Rusiyaya məxsus “Su-24” təyyarəsinin ikinci pilotu suriyalı hərbçilər tərəfindən xilas olunub. Ahlibeyt.az-ın Vedomosti-yə istinadən məlumatına görə, bu barədə livanın “Al Mayadeen”telekanalı öz facebook səhifəsində məlumat yayıb. Məlumatda qeyd olunur ki, pilotla əlaqə altı saat davam edən axtarışdan sonra bərpa olunub. Suriya ordusunun xüsusi təyinatlıları rusiyalı pilotu silahlıların nəzarəti altında olan ərazidən iki saata çıxara bilib və hava yolu ilə Rusiyanın Suriyadakı Xmeymim hərbi bazasına çatdırılıb. Hazırda pilotun Rusiyanın Xmeymim aviabazasında təhlükəsiz şəraitdə olduğu qeyd edilir. Əl-mayadeen-in məlumatından bir qədər sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu Suriyada vurulan Su-24 qırıcısının sağ qalan pilotunun xilas edilməsi məqsədi ilə keçirilən əməliyyatın uğurla nəticələndiyini söyləyib. F. Şoyqu xilas olunan pilotun hərbi bazaya çatdırıldığını qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2015 12:16 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |