|
• DünyadaAzərbaycanı İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında Sahibkarlar Konfederasiyası təmsil edəcəkİslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) Azərbaycan biznes icmasını Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) təmsil edəcək Ahlibeyt.az-ın verdiyi xəbərə görə ASK-dan Salamnews-a verilən məlumatda bildirilir ki, Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İTSKP Direktorlar Şurasının 22-ci görüşündə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında üzvlük məsələsi nəzərdən keçirilib və müsbət qərar verilib. Bu günədək İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında ölkəmizin biznes icmasını Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası təmsil edirdi. Bu gündən etibarən isə bu missiyanı ASK həyata keçirəcək. İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası ilə mövcud əməkdaşlıq müzakirə edilərək, əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq iş aparılacaq. Həmçinin palatanın təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası fəal iştirak edəcək. Qeyd edək ki, İslam Ticarət Palatası, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) özəl sektorla məşğul olan, İƏT-in üzv dövlətlərində biznesin inkişafına dəstək göstərən bu sahədə zəngin təcrübəyə malik bir qurumdur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Noyabr, 2015 10:30 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |