|
|
Milli Məclisinin ilk iclası öz işinə başlayıb - Prezident İlham Əliyev iclasda çıxış edibNoyabrın 24-də Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin ilk iclası öz işinə başlayıb -Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir. Ahlibeyt.az-ın Azertac-a istinadən verdiyi xəbərə görə,iclasda təşkilati məsələlərə baxılacaq, Milli Məclisin sədri, müavinləri, eləcə də komitələrin sədrləri seçiləcək. clası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açdı. O dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub. İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni səslənib. İclasa sədrlik edən Fəttah Heydərov dedi ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir. Sonra F.Heydərov beşinci çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu. Fəttah Heydərov beşinci çağırış Milli Məclisin ilk iclasında çıxış üçün sözü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdi. Dövlət başçısı prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin birinci iclasında nitq söyləyib. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Noyabr, 2015 13:05 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |