إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Ayətullah Məkarim Şirazi:"Ərbəin" ziyarətinə getməyənlər həmin gün "ərbəin" ziyarətnaməsini oxusunlar

-

"Ərbəin" şərəf və azadlıq yolunda qüdrət və müqavimət sərgiləməkdir - "Ərbəin"in bu dünyada misalı Qiyamət günündə insanların toplanış misalıdır ki, bu dünyada onun oxşarı yoxdur -Ayətuillah Məkarim Şirazi

Ahlibeyt.az-ın İqna-ya istinadən verdiyi məlumatına görə,Ayətullah-Üzma Nasir Məkarim Şirazi  Qumun "Əzəm" məscidində etdiyi mühazirəsi zamanı "Ərbəin"(İmam hüseynin 40 mərasimi) zəvvarlarına tövsiyələr edərək buyurub:

- "Ərbəin"in bu dünyada misalı Qiyamət günündə insanların toplanış misalıdır ki, bu dünyada onun oxşarı yoxdur. 14 əsr öncə azadlıq, şərəf və zülmlə mübarizə uğurunda şəhid olmuş Kərbəla şəhirlərinin xatirəsini əziz tutmaq üçün qoca, qadın, əlil və uşaq olmaqlarına baxmayaraq Kərbəlaya toplanmış milyonlarla insan bu dünyada böyük, Qiyamət gününün kiçik təcəssümüdür.Buna görə də "Ərbəin" şərəf və azadlıq yolunda qüdrət və müqavimət sərgiləməkdir.

Ayətullah Üzma Nasir Məkarim Şirazi "Ərbəin" zəvvarlarına tövsiyələr edərək buyurur:

- Ziyarətin birinci şərti xalis niyyətdir. Bu ziyarətdə dünya işlərindən qorunun ki, şəhidlərin müqəddəs hədəfləri uyğun gəlmir.

- Ərbəin hər il yenidən kəşf edilən bir xəzinədir lakin bu xəzinənən tam ağırlığı bəlli deyil.Biz bu xəzinənin ağırlığını dərk edə bilmərik.

- Ərbəin yürüşünə qatılanlar Əhlibeyt tərəfdarlarının bütün dünyanı sülh və qardaşlığa daşıyacaq bir imamlarının olduğu mesajini çatdırmalıdırlar.

- Ərbəin yürüşü Əhlibeytsevərlərin ruhuna ruh qatar.Ərbəin dünyada heç bir bənzəri olmayan,damarlardan axan qana təzəlik bəxş edənbir mərasimdir.tarix boyu heç bir yerdə vu qədər insanın eyni anda bir yerə toplandığı görünməmişdir.

- Hər il əvvəki illə müqayisədə daha möhtəşəm və mənəvi hal alan bu mərasimlərində zaman və məkanından aslı olmayaraq hər kəs mümkun qədər istifadə etməlidir.

- Getdiyiniz bu yolda başqalarına zəhmət yaratmayın, yolda tələskənlik edib sıraları bir-birinə vurmayın, çalışın digər zəvvarala kömək edəsiniz. Hər cür sıxıntı və izdihamın yaranmasına və Mina hadisəsi kimi hadisələrin meydana gəlməsinə bais olmayın.

- Ziyarət zamanı uzun-uzadı dua və ziyarətlərdən çəkinin, qısa və müxtəsər ziyarət etdikdən sonra yerinizi başqaları üçün boşaldın.

- Xanımlar və ağalar bu ziyarətdə "hicab"larını qorusunlar, namazı əvvəl vaxtında qılsınlar.

- Bu səfərdə məzhəbimizə xələl gətirən işlərdən, xüsusilə də xurafi məsələlərdən çəkinin.

- Bütün müsəlmanları və dünya məzlumlarını dualarınızda unutmayın. Məzlumların zalimlərin caynağından qurtarması üçün səmimi qəlbdən dua edin.

- "Ərbəin" ziyarətinə getməyənlər də mütləq həmin gün "ərbəin" ziyarətnaməsini oxusunlar və əzadarlıq məclisləri qursunlar.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Noyabr, 2015  14:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!