|
|
Masallıda Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə məqsədi ilə ədəbiyyat paylanılıbDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Tolerantlıq günü”nə həsr edilmiş “Azərbaycanda tolerantlıq və multikulturalizm dövlət siyasətinin ayrılmaz hissəsidir” mövzusunda seminar-treninq keçirilib. Ahlibeyt.az-ın Dini Komitənin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, rayonun dini icma sədrləri, təhsil işçiləri və gənclər iştirak ediblər. Tədbirdə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tolerantlıq ənənələrinin Azərbaycan xalqının mənəviyyat və sülhsevərliyindən qaynaqlandığından, tolerantlığın dövlət siyasətinin əsas tərkib hissəsini təşkil etdiyindən danışıb. Sonra Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, Masallı Rayon İcra Hakimiyyətinin məsul işçisi Qəşəm Hadıyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, Ərəb kənd məscidi dini icmasının sədri Əliman Hüseynov və başqaları çıxış edərək Azərbaycan xalqının tolerantlıq ənənələrindən danışaraq, dövlətimizin bu ənənələrə verdiyi önəmi xüsusilə vurğulayıblar. Sonda “Tolerantlıq günü” mövzusunda təşkil edilmiş kitab sərgisi nümayiş etdirilib və tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə məqsədi ilə ədəbiyyat paylanılıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Noyabr, 2015 13:36 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir18 Oktyabr, 2025 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd edilir |
Xəbər lenti
27 Sentyabr, 2025 11:10
9 Sentyabr, 2025 20:00
|
| © 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |