إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Allahşükür Paşazadə İsveçə səfərə yola düşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb

Ahlibeyt.az-ın QMİ mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə,səfərdən məqsəd Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycanın İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə Stokholmda 18-19 noyabr tarixlərində keçiriləcək „Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti“ mövzusunda Elmi Konfransda iştirak etməkdir.

QMİ sədri A. Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycandakı konfessiyaların rəhbərləri - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Arxiyepiskop Aleksandr İşein, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadiy Zelmanoviç Stokholma yola düşdülər. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin də iştirak etdiyi Konfransda “Dinlərarası tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil” mövzularında panel iclasları keçiriləcək.

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulur.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2015  14:59 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!