|
• DünyadaAvropada müsəlmanlarla bağlı şok qərarParisdə baş verən terror hadisələrindən sonra müsəlmanların Avropada vəziyyəti bir az da çətinləşib Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, artıq bunun ilk əlamətləri də görünməyə başlayıb. Müsəlmanlarla bağlı ilk addımı Slovakiya atıb. Belə ki, bu ölkənin baş naziri Robert Fiko ölkədəki bütün müsəlmanları izləyəcəklərini deyib. Nazir bu barədə açıqlamanı xəbər kanalı olan TA 3-ə verib. "Slovakiya torpaqlarında məskunlaşan bütün müsəlmanları nəzarətdə saxlayırıq. Onların çoxu burada qanuna uyğun olaraq yaşayır". Slovakiya İslam Vəqfindən baş nazirin bu sözlərinə sərt reaksiya gəlib. Qurum onun insanları dininə görə ayırdığını və din səbəbi ilə onları təhdid kimi gördüyünü deyib. "Robert Fiko Slovakiyanın demokratik və müstəqil ölkə olması barədə əfsanəni yıxdı". Ötən həftənin cümə günü Fransanın paytaxtında bir-birinin ardınca 7 terror aktı törədilib. Onlardan ən ağırı isə Bataklan konsert salonu və futbol matçı küçiilən stadionun yaxınlığında baş verib. Bir neçə kamikadzenin özünü partlatması və insanları girov gptürməsi nəticəsində 132 nəfər ölüb. Bu hadisəni isə İŞİD terrorçuları öz üzərlərinə götürüblər. Terrorçulardan bir neçəsi əməliyyat zamanı öldürülüb. Bəzilərinin isə axtarışı davam edir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Noyabr, 2015 12:51 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |