|
• Dünyadaİraqda "Peşmərgə" qüvvələri türkmənlərə hücum etdi- 9 nəfər öldü, 3 məscid yandırıldı"Peşmərgə" ordusu "Həşd-Şabi" ordusunun türkmən qolu ilə aralarındakı razılaşmanı pozaraq türkmənlərin sıx yaşadığı İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonuna hücum edib Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İraqlı jurnalist Mehdi Bayati tərəfindən İslamazeri-yə verilən məlumatda bildirilir ki, Hücum zamanı 1-i uşaq və 1-i qadın olmaqla, 9 mülki şəxs dünyasını dəyişib,şiə türkmənlərə məxsus 3 Hüseyniyyəyə od vurulub. 34 avtomobil, 422 ev və mağaza yandırılıb. Kürd "Peşmərgə" qüvvələrinin hücumundan sonra türkmənlər yaşayan evlərin üzərində "şiə türkmən" yazısı görünüb. Güman edilir ki, kürdlər türkmənlər yaşayan evləri qabaqcadan işarələyiblər. Türkmənlərə qarşı hücumlar hələ də davam etməkdədir. Xatırladaq ki, Ayətullah Sistaninin İŞİD-ə qarşı fətvasından sonra "Həşd-Şabi" ordusu və ona bağlı türkmən briqadası yaradılmışdı. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Noyabr, 2015 11:22 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |