16 Noyabr, 2015
İraqda "Peşmərgə" qüvvələri türkmənlərə hücum etdi- 9 nəfər öldü, 3 məscid yandırıldı

"Peşmərgə" ordusu "Həşd-Şabi" ordusunun türkmən qolu ilə aralarındakı razılaşmanı pozaraq türkmənlərin sıx yaşadığı İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonuna hücum edib

Ahlibeyt.az-ın verdiyi xəbərə görə,İraqlı jurnalist Mehdi Bayati tərəfindən İslamazeri-yə verilən məlumatda bildirilir ki, Hücum zamanı 1-i uşaq və 1-i qadın olmaqla, 9 mülki şəxs dünyasını dəyişib,şiə türkmənlərə məxsus 3 Hüseyniyyəyə od vurulub. 34 avtomobil, 422 ev və mağaza yandırılıb.

Kürd "Peşmərgə" qüvvələrinin hücumundan sonra türkmənlər yaşayan evlərin üzərində "şiə türkmən" yazısı görünüb. Güman edilir ki, kürdlər türkmənlər yaşayan evləri qabaqcadan işarələyiblər. Türkmənlərə qarşı hücumlar hələ də davam etməkdədir.

Xatırladaq ki, Ayətullah Sistaninin İŞİD-ə qarşı fətvasından sonra "Həşd-Şabi" ordusu və ona bağlı türkmən briqadası yaradılmışdı.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4011.html