إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Antalyada dünya liderlərinin qatıldığı “G-20” zirvə toplantısı başlayır

Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır - Nüfuzlu qonağlar arasında Az'rbaycan prezidenti İlham Əliyev də var

Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə,Azərbaycan Prezidenti sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xüsusi dəvəti ilə iştirak edir.

Türkiyənin Antalya şəhərində ilin əsas iqtisadi toplantısı “Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır. "G20" sammitinin iştirakçıları aşağıdakı dövlətlərdir: Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, CAR, Yaponiya və Avropa İttifaqı.

İki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadiyyat məsələlərindən başqa, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi aktual məsələlərin müzakirəsi daxil edilib.

Ötən gün Parisdə baş verən terror hadisələri səbəbindən sammitin proqramına dəyişiklik edilə bilər. Artıq Fransa Prezidenti Fransua Olandın sammitdəiştirak etməyəcəyini bildirib və onun əvəzinə ölkəni iki nazir təmsil edəcək.

Tədbirin proqramına uyğun sammitin ilk günündə "iyirmilik" dövlətlərinin liderlərinin işgüzar səhər yeməyi, sammitin plenar icalsı keçiriləcək.İşgüzar nahar terrorizm və migrantlar probleminə həsr olunacağı bildirilir.

Sammitin yekununda terrorla mübarizə məsələsinə dair xüsusi bəyanatın qəbul ediləcəyi, həmçinin qaçqınlara yardım və miqrasiya problemi ilə bağlı müəyyən qərarların razılaşdırılması gözlənilir.

Qeyd edək ki,Sammitinin keçirildiyi Bələk kurort ərazisində misilsiz təhlükəsizlik tədbirləri həyata keçirilib . Sammitdə iştirak edəcək ölkə başçıları və onların müşahidə qrupu xüsusi mühafizə edilən "qırmızı sahədə" qalırlar. Burada yerləşən otellərin ətrafında təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülür. Bura yalnız xüsusi buraxılış vərəqələri ilə keçmək olar. Bu günlərdə dünya liderlərinin yaşadığı otellərə adi turistlər buraxılmır.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2015  11:36 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!