إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Ərbəin" radiosu fəaliyyətə başladı

İmam Hüseyn(ə) Ərbəini ərəfəsində bu böyük mərasimin  əzəmətini işıqlandırmaq, Ərbəin mərasimi haqqında xəbərlər və məlumatların çatdırılması məqsədi ilə "Ərbəin" radiosu fəaliyyətə başlayıb

Ahlibeyt.az  Maide.az-a istinadən  xəbər verir ki,  İran İslam Respublikası Radio və Televiziya Təşkilatının sədri Məhəmməd Sərəfrazın iştirakı ilə bu gün (şənbə günü) "Ərbəin" radiosunun rəsmi açılışı keçirilib.

Açılış mərasimində çıxış edən M.Sərəfraz bildirib ki, Ərbəin radiosu xəbər və informasiya çatdırma üzrə özəl bir missiyaya malikdir. "Müəyyən bir dövr və müəyyən auditoriya üçün nəzərdə tutulan bu radionun istifadəyə verilməsində məqsəd həm informasiya çatdırmaq həm də "Ərbəin" mərasimində iştirak edənlərə yardım etməkdir".

O qeyd edib ki, "Ərbəin" radiosu Hüseyn(ə) Ərbəini mərasimi ilə bağlı informasiyaların işıqlandırılması məqsədilə yaradılıb və məlum bir zaman çərçiəvində müvəqqəti fəaliyyət göstərəcək.

Qarşıdan gələn dekabr ayının 2-si (səfər ayının 20-si) həzrət imam Hüseyn(ə)-ın Ərbəini günüdür.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Noyabr, 2015  10:20 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!