|
• DünyadaGürcüstanda “Qəm qəhrəmanı Zeynəb (ə)” adlı tamaşa səhnəyə qoyulub (Fotolent)Gürcüstanda Rustavi şəhərinin teatr binasında “Qəm qəhrəmanı Zeynəb (ə)” adı altında tamaşa səhnəyə qoyulub Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Bütün Gürcüstan Müsəlmanları İdarəsindən (BGMİ) verilən məlumatda bildirilir ki, Bakı şəhərindən dəvət olunan dini teatr qrupu Xanım Zeynəbin (s.ə.) ölüm yatağında olduğu gecə xatırladığı hadisələrdən bəhs edən tarixin səhifələrini bədii üslubda tamaşaçılara təqdim edib. Kərbəla hadisəsindən qəmli səhnələri çatdıran tamaşa qaranlıq fəzada, qəmli musiqi tərtibatı və məddahların rövzə və mərsiyələri ilə tamaşaçıları kədərləndirərək maariflənmələrinə səbəb olub. Quranın tilavəti ilə başladıqdan sonra BGMİnin şeyxi Hacı Ramin İgidov tamaşaçıları salamlayıb Kərbəla həqiqətlərini və Aşura məktəbinin hikmət və ibrətdolu dərslərinin insanlara düzgün şəkildə çatdırmanın önəmindən danışıb. Sonda incəsənət xadimlərini təqdim edib, dəvəti qəbul edərək Gürcüstana gəldikləri üçün onlara minnətdarlığını bildirib. O, tamaşanın Marneuli və Rustavi şəhərində keçirilməsində əməyi keçən və əməkdaşlıq göstərən təşkilat və şəxslərə də təşəkkür etdi. Qeyd edək ki, Gürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə təqdim olunan tamaşada ümumilikdə 18 nəfərdən ibarət “Müntəzirin” teatrı , “Mominun” və “Kövsər” İlahilər qrupu iştirak edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
10 Noyabr, 2015 12:15 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |